Havada qalan sənədsiz evlər “75 yaşdan yuxarı yaşım var. Nə qədər burda yaşayacam ki, evimin sənədini də görüm?” Binəqədi rayonunun Baksol kimi tanınan səmtində sakinlər 10 ildən çoxdur sənədsiz evlərdə yaşayırlar. Deyirlər ki, polisin qeydiyyatında çıxarılandan sonra onları heç bir yerdə qeydiyyata götürmürlər. “Təcili yardıma deyirəm, Baksol ərazisinə gəlin. Onlar bir-iki saat axtarırlar, ona kimi də xəstə olan adam ölüb gedir o dünyaya, o da gəlib tapır, deyir nə oldu? Deyirəm, öldü getdi, qayıdın geriyə”. #mülk #qeydiyyat #ev #bina #mənzil #sənəd #hökumət #problem #azərbaycan #binəqədi #bakı #abzasmedia
AbzasMedia
@abzasmediaRəsmi TikTok hesabı. Abunə olun, izləyin, bəyənin, paylaşın. 🔗 abzas.org
🔗 https://youtube.com/c/AbzasMedia ↗🔎 Détails (profil + refresh) ouvrir
Prezident deyir, məmurlar yazır: “Zəli kimi yapışıb, qanını sovururlar” Prezident İlham Əliyev danışdıqca məmurlar qeydlərini aparırlar. Bəzən bu çıxışların içərisində tapşırıqlar olmasa da, onlar bir ucdan qeyd götürürlər. Bir çox halda bu cümlələrin niyə qeyd olunduğu anlaşılmır. Məsələn, "Siz bu etimadı doğrultmasanız, mən sizi işdən çıxaracam və cəzalandıracam", "Bəzi hallarda yerli icra orqanları bir qədər tənbəllik edirlər", "Heç kim toxunulmaz deyil", "Kimsə bir balaca özü üçün iş qurursa, gəlirlər, bir zəli kimi onun bədənindən yapışırlar" fikirləri kimi. #prezident #məmur #çıxış #ilhaməliyev #nazir #icrahakimiyyəti #icrabaşçısı #azərbaycan #abzasmedia
Sorğu: Sizcə, Azərbaycanda hansı sahələrdə rüşvət var? Transparency International – Beynəlxalq Şəffaflıq təşkilatının hər il açıqladığı korrupsiya indeksində Azərbaycan sonlarda qərarlaşır. Bu ilin yanvarında açıqlanan hesabatda Azərbaycan 23 balla 180 ölkə arasında 157-ci yeri tutub. Təşkilat bildirib ki, "ölkənin tamamilə təmiz olduğunu" göstərən 50 ballıq minimal balı yığa bilməyən ölkələrdə korrupsiya sahəsində ciddi problemlər var. Vətəndaşlardan Azərbaycanda hansı sahələrdə rüşvətin olduğunu soruşmuşuq. #sorğu #vətəndaş #rüşvət #korrupsiya #bakı #azərbaycan #şəffaflıq #abzasmedia
Sous-titres IA en 1 clic
Vidéo importée → version prête à poster.
Keçmiş nazir "ölü canlar"a maaş yazmaqda ittiham olunub 68 yaşlı Hüseynqulu Bağırov 17 il Azərbaycanın ekologiya və təbii sərvətlər naziri olub. Onun adı vəzifədən gedəndən iki il sonra, 2020-ci ildə nazirlikdəki yarım milyonluq mənimsəmədə çəkilib. “Nazir Hüseynqulu Bağırovun saxta maaş kartlarından xəbəri vardı. Hər ay kartlardan çıxarılan pulların 10 min manatı şəxsən nazirə çatırdı”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin keçmiş baş mühasibi qurumda qeydə alınmış 451 min manatlıq yeyinti ilə bağlı məhkəmə prosesində bildirib. #nazir #korrupsiya #ekologiya #təbiisərvət #azərbaycan #araşdırma #məhkəmə #cinayət #cinayətişi #vəzifə #məmur #yeyinti #rüşvət #abzasmedia
Texte → vidéo TikTok IA
Tu écris le prompt, on génère la vidéo.
Naxçıvanın yeni sahibi - Əli Nağıyev 27 il Naxçıvana rəhbərlik edən Vasif Talıbov ötən il vəzifəsindən azad ediləndən sonra sərvəti əl dəyişdirdi. Mətbuat üçün açıqlanan sənədlərdə bir neçə nəfərin adı keçir. Amma bu şəxslər Talıbovun əmlaklarının real sahibləridirmi? Araşdırmamızla bu sərvətin əsl sahibini biləcəksiniz. #araşdırma #naxçıvan #media #əlinağıyev #general #dtx #vasiftalıbov #talıbovlar #abzasmedia #azərbaycan
Qarabağlı olmayanlar Qarabağda yaşaya biləcək? Qarabağın azad olunması üçün ölkənin hər yanından vətəndaşlar müharibəyə yollandı, bəs könlü istəyən hər kəs gedib orada yaşaya biləcəkmi? 2022-ci ildə ölkə başçısı İlham Əliyevin imzaladığı sərəncamla "Böyük Qayıdışa dair I Dövlət Proqramı" məcburi köçkünlərin Qarabağda məskunlaşdırılmasını nəzərdə tutur. Proqrama əsasən 2022-2026-cı illər ərzində Qarabağa 10 270 ailənin köçürülməsi hədəflənir. Amma orada təkcə qarabağlılar yox, həm də başqa rayon və şəhərlərdən olan vətəndaşlar da yaşamaq istəyir. Onlardan biri, Şamaxıda doğulan üz-çənə cərrahı, stomatoloq Tural Mirzəyevdir. O düşünür ki, vətəndaşlar işğaldan azad olunmuş ərazilərdə məskunlaşmaq üçün heç kimdən icazə almamalıdırlar. “Mən qarabağlı olmayaraq, imkan yaradılsa, gedib orda kiçik torpaq sahəsi alıb, özümə uyğun bir yer düzəldib eyni işi orda da görmək olar. Daha kiçik, büdcəmə uyğun nəsə edə bilərəm. Nəyə görə portala yazıram və kimsə icazə verir?” #qarabağ #yaşamaq #prezident #sərəncam #qayıdış #azərbaycan #abzasmedia
Dönər - ucuz, sərfəli, yoxsa zəhərli? Serifikatınız varmı? -Var. Göstərə bilərsiniz? -Yox. Niyə? -Evdədir. Bəs vətəndaşlar sertifikat istəsələr, evdən gedib gətirəcəksiniz? -Lazım olsa, gedib gətirərəm. Dönər həm sərfəli, həm də tez hazır olduğu üçün vətəndaşların ən çox üstünlük verdiyi “fast food”lardandır. Amma ara-sıra dönərdən zəhərlənmə hallarına rast gəlirik. Oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 4 məktəbdə təhsil alan 23 şagird zəhərlənmə şikayəti ilə xəstəxanaya çatdırılıb. AQTA şagirdlərin dönərdən zəhərləndiyini bildirib. Onlar tibbi yardım alıb, sağalıb, xəstəxananı tərk etsələr də, şəhərdə hələ də yoxlanışdan keçməyən ətlərdən hazırlanan dönərlər satılır. #dönər #qida #ucuz #sərfəli #sertifikat #bakı #binə #fastfood #vətəndaş #abzasmedia #azərbaycan #zəhərli #yemək
SORĞU: GƏLƏCƏKLƏ BAĞLI HANSI QAYĞILARINIZ VAR? Vətəndaşlardan soruşmuşuq ki, gələcəklə bağlı hansı qayğıları var? “12 saatlıq işdə işləyirəm, gündəlik 20 manat da əməkhaqqı alıram. Məncə, heç bir gələcək yoxdur”. #sorğu #vətəndaş #bakı #gələcək #qayğı #təhsil #işsizlik #sosial #maaş #əməkhaqqı #azərbaycan #abzasmedia
“Uşağım dolma istəyəndə ət ala bilmirəm deyə yalançı dolma bişirirəm” Bazarda qiymətlər qalxdıqca Bahar Əliyevanın menyusundan bir ərzaq azalır. Dörd uşaq anası hər gün onlara nə bişirib doyuracağından qayğılanır. Altı nəfərlik ailə zibillikdən yığdıqları plastiki satmaqla dolanır. Atalarına kömək edən qızlar məktəbə getmirlər. Ağayevlər ailəsi kasıblıqdan qurtulmaq üçün dövlət orqanlarına müraciət edib. Amma onlardan geridönüş edən olmayıb. #bahalıq #kasıblıq #kasıb #menyu #ailə #dövlət #məktəb #övlad #azərbaycan #əliyev #hökumət #dövlət #sosial #şikayət #yardım #problem #zibilxana #abzasmedia
Əfv komissiyasının üzvü olan keçmiş deputatın adı cinayət işində keçir 2016-cı ildə dələduzluq yolu ilə 1 milyon manatı mənimsəməkdə ittiham olunan Elnur İbrahimovun məhkəməsində ictimai-siyasi xadim Elmira Axundovanın oğlunun adı çəkilirdi. Zərərçəkənlərin əksəriyyəti pulu Axundovanın oğluna verdiklərini deyirdilər. Onların sözlərinə görə, anası onu qoruduğu üçün Həbib Axundov cinayət məsuliyyətindən kənarda qalıb. Elmira Axundova Azərbaycanda deputat, səfir, Əfv Komissiyasının üzvü, xalq yazıçısı və s. statuslarda fəaliyyət göstərib. #deputat #səfir #yazıçı #elmiraaxundova #elmira #axundova #cinayətişi #məhkəmə #dələduz #həbs #əfv #komissiya #azərbaycan #həbsxana #abzasmedia
“Bizim təhsil sistemimiz məktəbdən tutmuş universitetlərə qədər bərbaddır” Universitetdə oxumaq arzusu, bunun üçün illərlə hazırlaşmaq, əlavə kurslara yazılmaq, pul xərcləmək və nəticədə qəbul olmaq... Bəs çəkilən bu zəhmətin qarşılığında tələbələr ali təhsil ocağında arzuladıqları təhsili ala bilirlərmi? “Round University Ranking” beynəlxalq dünya universitetlərinin reytinq sistemini müəyyən edir. 2023-cü ilin reytinq cədvəlinə görə, Azərbaycan universitetləri 1217 universitet siyahısında ən yaxşı halda 1030-cu sırada özəl ali təhsil müəssisəsi olan Qərbi Kaspi Universiteti ilə yer tutub. Dünya reytinq cədvəlində son yerləri tutan Azərbaycan universitetlərində oxuyan tələbələr də düşünürlər ki, hazırda aldıqları təhsil onlara gələcəkdə iş tapmaqda, karyeralarını qurmaqda kifayət etməyəcək və mütləq əlavə təhsilə ehtiyac var. #təhsil #universitet #reytinq #karyera #iş #kurs #azərbaycan #məktəb #ali #abzasmedia
“Elə bil ki, mən indi düzdə qalmışam. Heç bir gəlir yerim yoxdur. Mənə indi yaxın qohumlar kömək edir. Onlar da kömək etməsə, mənimçün çətindir” 2012-ci ildən bəri Xüsusi Təyinatlı Qüvvələrdə döyüş tapşırıqları yerinə yetirən ehtiyatda olan gizir Eldar Əliyev 15 il hərbi xidmətdə qulluq edib. 2014-cü ilin avqustunda Ermənistanla Azərbaycan arasında baş verən növbəti qarşıdurmada döyüş tapşırığını icra edərkən yaralanan Eldar Əliyev 2017-ci ildə ordudan tərxis edildiyini deyir. Ordudan tərxis edilən gizirə elə həmin il 2-ci qrup əlillik dərəcəsi təyin edilib. Beş ilin tamamında o, dərəcəni yeniləmək üçün Əlillərin Bərpa Mərkəzində hərbi komissiyadan keçəndə imtina cavabı ilə üzləşib. Bundan sonra əmək pensiyası üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edən Eldara burdan da kifayət qədər hərbi xidmət stajı olmaması səbəbilə rədd cavabı verilib. #hərbçi #gizir #xtq #ordu #müdafiənazirliyi #əəsmn #pensiya #sosial #əlillik #vətəndaş #şikayət #dövlət #prezident #azərbaycan #abzasmedia
Aliment ala bilməyən valideynlər, problemi həll edə bilməyən hökumət “İki uşağı var, bir dəfə zəng vurmur ki, mənim uşağım nə yeyir, nə içir, nə geyinir” Turanə Məmmədova dörd il əvvəl həyat yoldaşından boşanaraq iki övladı və ata-anası ilə kirayə evə köçüb. O vaxtdan bəri işləyib övladlarını böyütməyə çalışan Turanə deyir ki, keçmiş həyat yoldaşından kömək yoxdur. Onlar boşanan zaman məhkəmənin uşaqlar üçün təyin etdiyi alimenti əri illərdir ödəmir. Ədliyyə Nazirliyinin məlumatına görə, bu ilin yanvar-iyulunda 29.191 nikah və 12.610 boşanma halları qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə boşanmaların sayı 1,5-dən 2,1 faizə qədər artıb. Boşanmadan sonra məhkəmələrdə baxılan işlərin əksəriyyəti alimentin ödənilməməsi ilə bağlıdır. #aliment #hökumət #şikayət #məhkəmə #valideyn #övlad #problem #uşaq #azərbaycan #abzasmedia
Prezidenti tənqid etmək olmaz? “Azərbaycanda vətəndaşı sadəcə susdurmaq istəyirlər. Siyasət budur ki, vətəndaş sussun. Danışan vətəndaş problemdir”. Son zamanlar ictimai-siyasi fəalların ölkə başçısı İlham Əliyevi tənqid etdiklərinə görə saxlanıldıqları bildirilir. “Orda mənə bildirdilər ki, sən bunu mütləq şəkildə silməlisən. Mən də açığı etiraz etmədim. Elə onların gözünün qarşısında sildim. Məndən tələb etdilər ki, bir daha belə bir şey yazma. Ümumiyyətlə şərh yazma. Mən də heç nə, yazma, yazma da...” Saxlanılanlardan İlkin Cəlilov sonradan azadlığa buraxılıb. O deyib ki, oktyabrın 18-də axşam saatlarında yaşadığı ərazinin sahə rəisi ona zəng edərək bölməyə çağırıb. Bölmədə o, sosial şəbəkədə prezidentin çıxışının altında yazdığı şərhə görə təhdid edildiyini bildirib. #tənqid #prezident #ilhaməliyev #azərbaycan #sosialmedia #sosial #şəbəkə #müxalifət #siyasət #fəal #abzasmedia #həbs #məhkəmə #qadağa
"İcra hakimiyyətinə səslənirəm, pul da yığmısınız, amma binaya baxan yoxdur" "Buradan Sabunçu rayon İcra Hakimiyyətinə səslənirəm. Pul da gəlib yığıblar, amma heç nə eləməyiblər. Düz bir aydır buradan kanalizasiya suyu axır, baxan yoxdur. Bu bina qəzalıdır, çökəcək". Ramanı qəsəbəsi, Südçülük sovxozu ərazisində yerləşən sosial evlərdə yaşayan Gülşən Cabbarova bir aydır yaşadığı binanın zirzəmisinə kanalizasiya sularının axdığını, amma nə MİS, nə də icra hakimiyyətinin problemi həll etmədiklərini deyir. İş günü olmadığından dövlət qurumlarından cavab almaq mümkün olmayıb. #icra #hakimiyyət #sabunçu #bakı #şikayət #problem #dövlət #kanalizasiya #ramana #azərbaycan #abzasmedia
- Je compte uniquement les vidéos ≥ 60 secondes (tu m’as dit que <60s = pas pris en compte).
- Calcul sur les 30 derniers jours (dans la limite des 35 dernières vidéos qu’on a dans le JSON).
- RPM estimé : 0.57€/1k vues (range 0.4–0.74) basé sur ER + save rate + durée moyenne.
- Résultat: 0€ sur 30j (range 0€–0€), pour 0 vues éligibles et 0 vidéos ≥60s.
- Emoji + note /10 = performance globale de la vidéo (views + ER + saves).
- ER = (Likes + Commentaires + Partages) / Vues • Save rate = Sauvegardes / Vues.
- Badges “Au-dessus / En dessous” = comparaison directe à la moyenne de TON compte.
Importe ta vidéo, et Vexub génère une vidéo sous-titrée prête pour TikTok, Reels ou Shorts. Pas de montage, pas de prise de tête.
- Reconnaissance vocale IA → texte propre
- Sous-titres syncro automatiquement sur la vidéo
- Format vertical optimisé pour les vues