Tavada tezbazar şirniyyat🤤 Tavanın diametri 28 sm. Armudu stəkan ölçüsü 150-170 ml. Su stəkanı ölçüsü 200 ml. Ərzaqlar otaq hərarətindədir. Ərzaqlar: 2 ədəd yumurta 1 armudu stəkan şəkər tozu 2 armudu stəkan süd 1 armudu atəkan duru yağ 2 stəkan un (dolu olmayan) 3 yemək qaşığı kakao 1 paket qabartma tozu 1 paket şəkərli vanilin Bütün ərzaqları qarışdırıb, yapışmaz tavada vam odda bişiririk. Bişməsini çöplə yoxlayın. Sousu üçün 2 su stəkanı süd 1 armudu stəkan şəkər tozu 3 yemək qaşığı kakao 80 qr. şokolad 1/4 armudu stəkan duru yağ Hər birini qazanda qarışdırıb, qızdırırıq. Bişən keksin ilk istisi çıxıb, ilıq olanda üzərinə isti sosusu gəzdiririk. Sous hopduqdan sonra nuş edə bilərsiniz❤️ Terefdaslıq VÖEN: 1003159872 Faktiki Ünvan: Bakı ş. Binəqədi r-n, 9 mkr, H.Babaşov küç, ev 12, m.18 #ıslakkek #tatlı #tiktokazerbaycan #recipesoftiktok
myfoodchannel
@myfoodchannell🌍 Global Food Creator 🍽️ Real Taste. Real Stories. Since 2017 📌 YouTube 1.1 M | İnstagram 1,2 M
🔎 Détails (profil + refresh) ouvrir
Qatılaşdırılmış süd/ Сгущённое молоко/ Condensed milk Ərzaqlar: Tam yağlı süd 3,2-6% 1 litr Şəkər tozu 350 qr Kərə yağı 30 qr 1 çimdik soda +-650 qr qatılaşdırılmış süd alındı. Praktik üsul Ərzaqlar: Süd tozu 100 qr Şəkər tozu 100 qr Su — 87 ml +-280 qr hazır məhsul alınır. #condensedmilk #sütreçeli #tiktokaz #reseptiktok #bişmişsüdresepti
🧀Mozzarella🧀 pendiri hazırlamaq bu qədər asandır😍 2,5 litr çiy kənd südü 100 ml. ağ sirkə (5-9%), 1/2 çay qaşığı duz. Bu ərzaqlarla 🧀280 qram pendir alındı. Qeyd: İstifadə olunan südün yağlılıq dərəcəsindən asılı olaraq miqdar dəyişə bilər. #mozzarella #pendiri #tiktokazerbaycan
🍰Klassik Napoleon tortu🍰 Diametri 24 sm. Ərzaqlar: Xəmir üçün 320 qr kərə yağı, 420 qr un, 1 ədəd yumurta 130 ml buzlu su, yarım çay qaşığı duz, 1 xörək qaşığı sirkə. Krem üçün: 800 ml süd, 200 qr şəkər tozu, 3 ədəd yumurta, 70 qr qarğıdalı nişastası, 300 ml 33 faizli qaymaq #tort #napoleon
Milli mətbəx🔥 Düşbərə🇦🇿 Xəmiri üçün: 2 stəkan un, 1 ədəd yumurta, 1/2 stəkan su, 1/2 çay qaşığı, duz. İçi üçün: 350 qr quzu əti, 100 qr quyruq, 1 orta baş soğan, Duz, qara istiot zövqə görə. Bişirmək üçün: 2 litr soyuq su, ətin sümükləri, Quru nanə Duz, sarıkök, Soğan. Servis üçün Abqora və ya sirkə #düşbərə #mantı #reseptiktok #azerbaijan🇦🇿 #tarif
Sadəcə dadına baxanlara salam olsun😁 #trendingtiktok #kesfet #tiktokazerbaycan
Sous-titres IA en 1 clic
Vidéo importée → version prête à poster.
Tiramisu topları🤤 Ərzaqlar: 200 q savoiardi (lady fingers) peçenye, 200 q mascarpone pendiri , 1,5 xörək qaşığı pudra şəkəri, 35 ml soyudulmuş espresso. Kremi üçün: 200 ml soyuq qaymaq (33%), 2 xörək qaşığı pudra şəkəri. Üzəri üçün bol kakao #tiktokazerbaycan #tiramisu #tiktokrecipe #fypシ゚
🍌Bişməyən Puding🤤 Ərzaqlar: 1 paket (175 qr.) eti cici bebe peçenyesi 100 qram ağ şokolad, 2 su stəkanı (400 ml) süd, 1 xörək qaşığı kərə yağı Hazırlanması: Südün üzərinə kərə yağını əlavə edib ilıq olacaq şəkildə qızdırın. Peçenye və şokoladı əlavə edib blenderdə və ya mətbəx robotunda tam qarışanadək çəkin. Qarışığı kasalara bölüşdürüb, soyuducuda 3–4 saat saxladıqdan sonra servis edin. Nuş olsun❤️ #puding #tiktokrecipe #tiktokazerbaycan
Texte → vidéo TikTok IA
Tu écris le prompt, on génère la vidéo.
🍎 Alma ilə əridilən quyruq yağının ləzzəti isə bir başqadır🔥 Alma, yağın ağır qoxusunu balanslaşdırır və daha təmiz, yumşaq bir aroma verir. Almanın təbii turşuluğu ərimə prosesində yağı təmizləyir, bu da daha yüngül, duru və istifadəsi rahat quyruq yağı əldə etməyə imkan verir. Süd isə həm ağır qoxunu götürür, həm də yağın dadını yumşaldır 👌 2 kq quyruq yağı 1 ədəd alma 1 armudu stəkan süd Hazırlanması: Quyruq yağını xırda-xırda doğrayıb yaxud ətçəkən maşından keçirin. Doğranmış quyruq yağını qazana əlavə edib, vam odda❗️təxminən 10 dəqiqə əritdikdən sonra 1 ədəd almanı bütöv şəkildə əlavə etdim. Yağı ara-sıra qarışdıraraq 1 saat zəif odda əritdikdən sonra içində qalan qalıntıları çıxarıb, süzdüm. 5 dəqiqə gözlədikdən sonra 1 armudu stəkan isti südü yavaş-yavaş əlavə edib, 5-10 dəqiqə daha vam odda saxladıqdan sonra süzüb, qablara pay etdim. Buzluqda saxlayıb istədiyiniz yeməklərdə istifadə edə bilərsiniz. #yağ #təbiiyağ #tiktokazerbaycan
Tutqun havada bir qab isti xəngəldən gözəl nə ola bilər?😁 Stəkan ölçüsü 200 ml. Ərzaqlar (4-6 nəfərlik): 4 stəkan un, 2 ədəd yumurta, 1 yemək qaşığı duz, 1 stəkandan bir barmaq aşağı otaq hərarətində su. Üzəri üçün 5 ədəd soğan, 150-200 qr. kərə yağı 3-4 yemək qaşığı duru yağ, 400 qr. qiymə, Duz, istiot, sarıkök 1/3 çay qaşığı şəkər tozu (soğana əlavə edirik) Sarımsaqlı qatıq və ya qurud #xəngəl
🍫Puding🍫 Ərzaqlar: 250 qr. kakaolu peçenye, 120 qram şokolad, 2 su stəkanı (400 ml) süd, 1 xörək qaşığı kərə yağı. Hazırlanması: Südün üzərinə kərə yağını əlavə edib ilıq olacaq şəkildə qızdırın. Peçenye və şokoladı əlavə edib blenderdə və ya mətbəx robotunda tam qarışanadək çəkin. Qarışığı kasalara bölüşdürüb, soyuducuda 3–4 saat saxladıqdan sonra servis edin. Nuş olsun❤️ #puding #pudingviral
🍯 Tort🍯 Ərzaqlar: 100 qr. bal 100 qr. kərə yağı 1 çay qaşığı soda 4 ədəd yumurta 1/2 stəkan şəkər tozu 1,5 stəkan un Krem üçün 600 qr. 25-30% xama 200 qr. qatılaşdırılmış süd Hazırlanması: Qazana kərə yağı, bal əlavə edilib, vam odda ocağa qoyulur. Kərə yağı əriyəndə soda əlavə edilir. Karamel rəngini alanadək qarışdırılır, ardından ocaqdan götürürülür. Başqa bir qabda yumurta və şəkər tozu, yumurtanın rəngi ağarıb, həcmi artanadək mikserlə qarışdırılır. Üzərinə ballı qarışım və 2-3 dəfəyə ələnmiş un əlavə edilir. Yağlı kağız sərilmiş soba qabında, əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada təxminən 12 dəqiqə bişirilir. Bişən xəmiri ortadan 2-yə bölüb, hər hissə isə 2 qata ayrılır, ümumilikdə 4 qat alınır. Kənarları isə tortun üzərini bəzəmək üçün kəsilir. Krem üçün lazım olan ərzaqlar qarışdırılır, qatlar kremlənir. Soyuducuda 1 saat gözlətdikdən sonra dilimləyə bilərsiniz. Hazırlayacaq olan hər kəsə indidən nuş olsun😊
Bayram charcuterie lövhəsi😍 Kreker xəmiri üçün: 320 qr Un 4 qr Quru maya 4 qr qabartma tozu 1/2 çay qaşığı Duz 70 qr əridilmiş kərə yağı 140 ml süd Hazırlanması: Un, maya, qabartma tozu, duz, əridilmiş kərə yağı və südü qarışdırırıq. Xəmiri streçə büküb, 15 dəqiqə gözlədirik. Ardından nazik yayıb, üzərinə kağız qoyub kəsib, çəngəllə dəliklər açırıq. Ön və Arxa divar (dam uclu) 2 ədəd 10 sm en × 14 sm hündürlük (uc nöqtə ilə) Yan divarlar (kvadrat) 2 ədəd 10 sm × 10 sm Dam (örtük üçün) 2 ədəd 11 sm × 10 sm Damın uc hissələri birləşəcək şəkildə, azca uzun kəsilməlidir. Baza (Alt qat) 16 sm × 16 sm 180 dərəcədə əvvəlcədən isidilmiş sobada 15 dəqiqə bişiririk. Üzərini örtmək üçün 400 qr. krem pendir istifadə etdim. Terefdaslıq Sifarişçi: Media Balans MMC VÖEN: 1603256931 Faktiki Ünvan: Bakı şəhəri,Suraxanı r-nu Zığ şosesi,Heydər Əliyev Beynəlxalq hava limanı 12-ci kilometr,Ev 20 #tiktokfood #charcuterie #2026 #şarküteri #festivefood
Qonaqlıq süfrənizə gözəllik və ləzzət qatacaq😍 Ərzaqlar: 3 ədəd iri badımcan 250 qr. kəsmik (5-9%) 300 qr. krem pendir 2 diş sarımsaq 1/2 dəstə keşniş və ya cəfəri 100 qr. qoz Zövqə görə duz, istiot Zeytun yağı- Olivea 1 ədəd nar Tərəfdaşlıq "GRAND-AGRO" MMC VÖEN: 1403644931 Hüquqi ünvan: AZ1010, Bakı şahari, Nasimi rayonu, Neftçilar pr., ev 153 BANK: "PAŞA Bank" ASC #tiktokazerbaycan #reseptiktok #salad #explorer
Ətli blinçik🔥 Stəkan ölçüsü 200 ml. Ərzaqlar: 2 stəkan su 2 stəkan süd 2 stəkan un 4 ədəd yumurta 1 silmə çay qaşığı duz 4 yemək qaşığı duru yağ İçik 1 kq ət (qaynadırıq, suyuna duz əlavə edirik) 3 ədəd soğan 2-3 sap şüyüd, keşniş Ətin bulyonu Zövqə görə duz istiot Kərə yağı, duru yağ #blinçikresepti #блины #reseptiktok #azerbaycan🇦🇿 #explorepage
- Je compte uniquement les vidéos ≥ 60 secondes (tu m’as dit que <60s = pas pris en compte).
- Calcul sur les 30 derniers jours (dans la limite des 35 dernières vidéos qu’on a dans le JSON).
- RPM estimé : 0.7€/1k vues (range 0.49–0.9) basé sur ER + save rate + durée moyenne.
- Résultat: 0€ sur 30j (range 0€–0€), pour 0 vues éligibles et 0 vidéos ≥60s.
- Emoji + note /10 = performance globale de la vidéo (views + ER + saves).
- ER = (Likes + Commentaires + Partages) / Vues • Save rate = Sauvegardes / Vues.
- Badges “Au-dessus / En dessous” = comparaison directe à la moyenne de TON compte.
Importe ta vidéo, et Vexub génère une vidéo sous-titrée prête pour TikTok, Reels ou Shorts. Pas de montage, pas de prise de tête.
- Reconnaissance vocale IA → texte propre
- Sous-titres syncro automatiquement sur la vidéo
- Format vertical optimisé pour les vues