Onları birləşdirən təkcə eyni ailədə böyüməkləri deyil, həm də eyni sənəti seçməkləridir. İllərdir Azərbaycan səhnəsində onların simasını görür, səsini eşidirik. “Qafqazinfo” olaraq bu dəfə Azərbaycan kino və teatr sənətinin tanınmış simaları - Əməkdar artist Dilarə Əliyeva və Vüsal Murtuzəliyevlə söhbətləşdik. -❓Cəmiyyətdə belə bir fikir var ki, sənət adamlarının evlilikləri uzunömürlü olmur. Halbuki sizin və qardaşınızın illərdir davam edən xoşbəxt ailə həyatı var. Bu davamlılığın sirri nədədir? - Dilarə Əliyeva: Bir araya gələn, birlikdə yaşamağa, evlənməyə qərar verən insanlar ikisi də eyni ağılda olmalıdır. Eyni hədəfləri olmalıdır. Əgər biri aydan, biri çaydan danışacaqsa, fikir ayrılığı yaranacaqsa, bir-birinin sənətinə hörmət etməyəcəklərsə, bir yerdən sonra aralarında hörmətsizlik yaranacaq. Bizim evliliyimizin uzun illər davam etməsinə səbəb mənim onun, onun da mənim sənətimə, arzuma olan hörmət idi. Açıq etiraf edirəm, sənətimlə bağlı ciddi problem yaşandığını görsəydim, Oqtayla evlənməyəcəkdim. Mən bəlli bir yaşdan sonra bu dünyaya niyə gəldiyimi anlayırdım. Hər şeydən öncə mənim üçün işim, səhnə olub. Çünki beynim bu cür qurulub. Məni sevibsə, işimi də, sənətimi də sevməlidir. Qızlar da, oğlanlar da bəzən heç nəyə baxmırlar. Biri digərinin işini qəbul etmir, lakin razılaşırlar. Sonradan isə münasibətlərdə çatlar əmələ gəlir. Oqtay heç vaxt mənə deməyib ki, bunu geyindin, sənə qəşəng yaraşdı, gözəl görünürsən. Onun həmişə mənə tənqidləri də, hərdən-birdən dediyi tərifləri də yalnız işimlə bağlı olub. Çünki mənə də bu lazım idi. Bizim məişətlə bağlı problemlərimiz ayda-ildə bir dəfə ya çıxardı, ya çıxmazdı. Əsas problemlərimiz iş üstündə idi ki, sən bunu daha yaxşı edə bilərdin. Bütün bunlara görə bu gün də minnətdarlıq duyuram. Bu gün də hansısa işi edəndə durub düşünürəm. Elə bilirəm, Oqtay baxıb deyir ki, yox Dilarə, sən bunu daha yaxşı edə bilərsən. Vüsalın da ailəsində belədir. Onun yoldaşı sənətinin pərəstişkarıdır. Bəzən məndən Vüsala hansısa təkliflər olur, Vüsal razılaşmır, deyir ki, hələ hazır deyiləm. Amma Röya deyir ki, Vüsal niyə razılaşmadı, axı bunu çox gözəl bacarar?! Yəni bizim ailəmizdə əlavə söz-söhbətlərə yer yoxdur. - ❓Vüsal bəy, müsahibələrinizdən birində qırmızı xəttinizin olmadığını bildirmisiniz. Maraqlıdır, hansısa rolunuz həyat yoldaşınızın qısqanclığına səbəb olub? - Qırmızı xəttim yoxdur deyəndə yəqin ki, orada bir anlaşılmazlıq olub. Təbii ki, qırmızı xəttim var. Məsələn, heç vaxt LGBT üzvünü oynamaram. Heç vaxt... Yəni nəyin müqabilində olursa-olsun, oynamaram. Amma ondan başqa qırmızı xəttim yoxdur. Həyat yoldaşım da bunu normal qarşılayır. #qafqazinfo #emekdarartist #keşfet #müsahibə
ID
7602136406583938322
👁 Vues vs moy. : Dans la moyenne
💬 ER : En dessous
📌 Saves : Très au-dessus
Save rate
0.14%
Global : 0.1%
Revenu est. (Ads)
6.36€
RPM utilisé: 0.64€/1k • vidéos ≥60s • 30 derniers jours
🏆 Rang vues :
#5
(top 71.4%)
Ouvrir sur TikTok ↗